SİZİN REKLAM BURADA!
055 213 76 73


Həyat yoldaşı tərəfindən döyüldüyü xəbəri yayılan Elçin Əlibəyli məsələ ilə bağlı açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, Əlibəyli belə bir xəbərin yazılmasını xəbər saytlarının ona qarşı kampaniyaya başlaması ilə əlaqələndirib:

"Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!"

16:14:31

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS