SİZİN REKLAM BURADA!
055 213 76 73


3 gün əvvəl Türkiyədə qəzaya düşən müğənni Gökhan Akar komadan ayılıb.

BAKU.WS 
xəbər verir ki, özünə gələn gənc müğənninin ilk sözləri eşidənləri təsirləndirib.

Belə ki, Gökhan Akar ayılan kimi hadisə barədə anasının məlumatlı olub-olmadığını soruşub.

“Anamın qəzadan xəbəri olub? Əgər məlumatı yoxdursa, ona heç nə deməyin, çox üzülər”, - deyə Gökhan Akar bildirib.

Qeyd edək ki, Gökhan Akar şəhid ailəsini ziyarətə gedərkən qəzaya düşmüşdü. Ağır kəllə-beyin travması ilə xəstəxanaya gətirilən müğənni komaya düşərək, 3 gün süni nəfəs aparatında qalıb.

Cavid Babayev
BAKU.WS
VİDEO