SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə tarixinin ən qanlı terror aktında ölən azərbaycanlı gənc Qarsda dəfn olunub.
 
BAKU.WS-in məlumatına görə, 32 yaşındakı Özver Gökhan Arpaçayın cənazəsi məmləkətinə gətirilərkən Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyasının (HDP) nümayəndələri Arpaçayın ailəsini acı günündə tək buraxmayıb.

Mərhumun cənazəsi anası Türkan Arpaçay və atası 72 yaşındakı Kərim Arpaçayın ağıları ilə qarşılanıb. Türkan Arpaçay "Ay balam, yandım balam, lay lay balam lay lay" ağıları ilə mərasimə qatılanların ürəklərini dağlayıb.

Azərbaycanlı ailə dəfn mərasimi zamanı heç bir şüar səsləndirilməməsini və ya plakat açılmamasını istəyib. 
 
Qılınan cənazə namazından sonra Özver Gökhan Arpaçayın cənazəsi Yenimahalle qəbiristanlığında dəfn edilib. 
 
ŞAHİN Həbibov
BAKU.WS