SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Yusif Mustafayev aparıcı Zaur Kamalla bağlı sərt sözlər deyib. 

BAKU.WS xəbər verir ki, müğənni "Səhər-səhər" verilişində Zaur Kamala üstüörtülü ismarış göndərib.

"Yazıq Yusif Azərbaycandan bayıra çıxmır. Gedirəm Bilgəhdə, Şixovda dincəlirəm gəlirəm. Ay mənim evimi tez-tez çəkdirən oğlan. Xahiş edirəm biraz özünü yığışdır. Ayıb olsun sənə. Get atanın evini çəkdir.

Pəncərədən içəri girə bilməzlər, qələt edirlər. Uzaqdan durub elə çəkib ki, 2 mərtəbəli ev 50 mərtəbəli ev kimi görünüb". 

Qeyd edək ki, bir müddət öncə Zaur Kamal "5/5" verilişində Yusif Mustafayevin villasının görüntülərini yayımlamışdı.
BAKU.WS
VİDEO