SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Ayan Babakişiyeva olub.

Gənc ifaçı ailə həyatında məntiq evliliyinə üstünlük verdiyini deyib:

“Ailə həyatı qurmaq istəyirəm. Amma sevgi ilə ailə davam etmir. Sevgiyə gərək yoxdur, qarşılıqlı hörmət olmalıdır. Məntiq evliliyi daha yaxşıdır.Qızım Selena çox darıxır,bacı-qardaş istəyir. İllərdir ürəyim kilidlidir. Elə bir insan artıq olmayacaq.

Hər insan ana və ata ola bilməz. O yükü daşımaq hər adamın işi deyil. Anamla heç vaxt ayrı qalmamışıq. Təklikdən çox qorxuram. Bilirəm ki, Selena böyüyəcək və ailə həyatı quracaq”.
BAKU.WS
VİDEO