SİZİN REKLAM BURADA!
055 213 76 73


21 oktyabrda evliliklərinin 5 illiyini qeyd edən Xoşqədəm və Doğuş cütlüyü Zaur Kamalın "5-də 5" proqramının qonağı olub.

BAKU.WS 
xəbər verir ki, tanınmış teleaparıcı məşhur türk sənətçi ilə 1 günün içində rəsmi nikaha girdiyini açıqlayıb:

"Sizə maraqlı faktı açıqlayacam. Deməli belə, Doğuş bəylə mən artıq evliliyə qərar vermişik, amma oktyabrın 21-i yox, növbəti ilin aprelin 5-i. Plan qurmuşduq ki, verilişimin studiyasında tamaşaçılara sürpriz edək.

Türkiyədən Bakıya dönürəm, Doğuş bəy məni aeroportda yola salmağa gətirib. Səhv etmirəmsə, oktyabr ayının 18-i idi. Biznes Klassdan keçirik, bir də gördüm ki, bütün kameralar, paparazzilər məni çəkir. Üzümü tutdum qaçdım. Dedim, Doğuş bəy, nə edirsən et, mənim şəkillərim burada mediaya çıxmasın. Şəkillərim qəzetlərin manşetində gedəcək ki, Doğuş bəyin yanındakı qız kimdir. 

Biz nikaha girmək üçün bələdiyyəyə müraciət etmişdik. Mənim atam-anam, onun anası-bacısı bilirdi, amma gizlədirdik. Biz heç görüşmürdük. Məsələn, mən Türkiyədə olanda ona mənim qaldığım otelə gəlməsinə belə icazə vermirdim. Həmin günü də bacısı ilə bərabər yemək yedik, sonra məni yola salmağa gəldi.

İnanmayacaqsız, aprel ayına planladığımız toy bir günün içində 21 aprel tarixinə dəyişdi. Doğuş bəy mənim çox üzüldüyümü görüb, nikahı tezləşdirdi. O şəkillər mediaya çıxmadan biz evləndik. "İldırım nikahı" oldu. O şəkillərin mediaya çıxmasına izin vermədi, yalnız bir saytda çıxdı".

Doğuş bəy nikahı Xoşqədəm xanıma görə tezləşdirdiyini belə əsaslandırıb: "O xəbər çıxmadan biz evləndik. Bizim qaçaqaçımızı görsəydiniz... Xoşqədəm xanım çox hörmətli insan, onun biri ilə sevgili olması kimi çirkin xəbərlərin çıxmasına izin verə bilməzdim".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO