SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Möhtəşəm yüz il-Kösəm Sultan" serialında azərbaycanlı model Aysel Məmmədova da yer alacaq.

BAKU.WS məlumat verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında model özü deyib. Rusiyada məşhur olan fotomodel sarayda cariyə obrazını canlandıracaq:

"Müqavilənin şərtləri ilə tanış oldum, qəbul etmək niyyətindəyəm. Şeyxülislam Əsəd Əfəndinin qızı obrazını canlandıracam. Qeyd edim ki, mən kastinq vasitəsiylə seçilməmişəm. Müqaviləyə uyğun qonorar alacam".

Qeyd edək ki, Aysel Məmmədova Rusiyanın tanınmış model agentliyi "Face of future”nin əməkdaşıdır. Model Türkiyə mətbuatında Alican Ağaoğlu ilə münasibətlərinə görə gündəmə gəlmişdi.
 
BAKU.WS