Şəbnəm Tovuzlunun İstanbul konserti baş tutmadı - Müğənni FİASKO ilə üz-üzə qaldı - FOTO
09
sen
2019
16:21
Şəbnəm Tovuzlunun İstanbul konserti fiaskoya uğrayıb.BAKU.WS xəbər verir ki, ifaçının 8 sentyabra planlanlaşdırılmış solo-konserti baş tutmayıb.İstanbulun Taksim meydanında yerləşən məkanların birində baş tutacaq konsertin gerçəkləşməməsininə səbəb biletlərin satılmaması olub.Konsertə günlər qalmış məkanın sahibləri ifaçı ilə əlaqə saxlayaraq biletlərin satılmamasını xəbər veriblər. Boş zalda səhnəyə çıxmaq istəməyən Tovuzlu konserti oktyabr ayına təxirə salıb.
Konsert öncəsi Bordumda dincələn ifaçı konsert təxirə salındığından Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Tovuzlu dünən - 8 sentyabrda "İnstagram" hesabında Abu Dabidən fotolar paylaşıb.
Xatırladaq ki, ifaçının sözügedən İstanbul konserti sosial şəbəkədə birmənalı qarşılanmamışdı. İzləyicilərin bir qismi hər hansı azərbaycanlı sənətçinin Türkiyədə konsert vermək istəyini boşuna pul məsrəfi kimi dəyərləndirmişdi. Şəbnəm Tovuzlu onlara cavabı belə olmuşdu:“Sən narahat olma. Biz ora pul töküb getmirik. Türkiyənin böyük şirkəti bizə pul təklif edib, xahişlə konsert verməyimizi istəyib. Məni kifayət qədər tanıyırlar. Sən ürəyini təmiz tut”.
Aysel
Oxşar xəbərlər
“Şəbnəm Tapdıq deyir ki, adını Şəbnur, ya da Şəbtac qoy”
Müğənni Şəbnəm Tovuzlu həmkarı Şəbnəm Tapdıq barədə danışıb. BAKU.WS lent.az-a istinadən verdiyi məlumata görə, ifaçı bildirib ki, Ş.Tapdıq ona mesaj yazaraq ad...