13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Tanınmış ifaçı Musa Musayevlə müğənni Nazəninin prodüseri Pərviz Abbasov (Pərviz Fəqan) arasında yaranmış insidentlə bağlı məhkəmə iclası 26.01.2016 tarixində yekunlaşıb.


BAKU.WS
xəbər verir ki, məhkəmə qərarına əsasən Pərviz Abbasov əmək haqqısından 15% tutulmaqla 1 il müddətinə islah işi cəzasına məhkum edilib.Prodüser cəzası bitənə qədər ölkəni tərk edə bilməz. Bir il müddətinə dövlətin hesabına pul köçürtməsə, işləməsə daha sərt cəza tətbiq olunacaq.

Xatırladaq ki, 2014-cü ilin noyabr ayında Bakı şəhərində restoranların birində müğənni Arzu Mələyin ad günündə tərəflər arasında insident yaşanmışdı. Binəqədi Rayon Məhkəməsində Musa Musayevin şikayət ərizəsi əsasında baxılan işə dövlət ittihamçısı AR CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Pərviz Abbasova 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmiş, hakim Rəşad Əliyev isə, Pərviz Abbasovu AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilərək ona əmək haqqısından 15% tutulmaqla 1 il müddətinə islah işi cəzasına məhkum etmişdir.


BAKU.WS