SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Las-Veqas şəhərində yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov səhnədə çətin anlar yaşayıb.

BAKU.WS
xəbər verir ki, azərbaycanlı Çarli Çaplin kimi tanınan Üzeyir bəy növbəti şousunu nümayiş etdirərkən uğursuzluqla üzləşib.

Müvazinətini itirən sirk ustası nömrəni davam etdirə bilməyib. Ustalıqla yerə tullanan Novruzov xəsarət almayıb. Tamaşaçılar onunla birlikdə həyəcanlı anlar yaşayıblar.

Novruzov özünü itirmədən geri dönüb və nömrəni uğurla nümayiş etdirib.

Xatırladaq ki, Ü.Novruzov 2015-ci ildə qatılıdığı "America's Got Talent" yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir. 

Azərbaycanlı sirk ustası 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO