VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nazənin Salayeva Bərdə sakini tərəfindən hədə-qorxu ilə üz-üzə qalıb.

BAKU.WS
xəbər verir ki, müğənni İmanov Elbəy adlı "İnstagram" izləyicisi tərəfindən hədələndiyini bildirir:

"Məni hədələyir ki, güya getdiyim toyda mənim başıma oyun açdıracaq. Dələduzluğuna görə bir neçə dəfə həbsdə olub. İndi də mənə hədə-qorxu gəldiyinə görə içəri girəcək".
 
Nazənin artıq həmin şəxsin kimliyini üzə çıxardığını və onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyir:

"Artıq bu "moşennikin" izinə düşmüşəm. Bərdədə aptek müdiri Yurikin oğludur. Dünəndən direktim dağılır, hamı yazır. Telefonlarım susmur, hamı bir ağızdan eyni sözü deyir; Deyirlər, çox alçaq, şərəfsiz adamdır. Hamıya pul atıb. Tərbiyəsizin biridir. Bu işi belə qoymayacam, lazımi qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. 

Telefon nömrəsini də tapmışam. Özü də üzr istəyir, amma başından böyük qələt edib, sonra üzr istəməyi mənə lazım deyil. Sənin kimi kişinin boyunu yerə soxum. Sən də özünə kişi deyirsən? Kişi onun-bunun xanımına, anasına, bacısına, qızına artıq-əksik yazmır".

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA