Müğənni Elşad Qarayev keçmiş gəlini Günaydan polisə şikayət edəcək. 

BAKU.WS
xəbər verir ki, buna səbəb Günayın "Hər şey daxil" proqramında Rəvan Qarayevlə bağlı açıqlamaları olub.

Elşad Qarayev onun söylədiklərinin yalan olduğunu deyir:

"Rəvan onlara 1500-2000 manat pul xərcləyirdi. Bunun qarşısını aldım, ayda yalnız onlara aliment ödətdirirəm. Aliment 200 manat deyil, 300 manatdır, yalan deyir. Məndə onun tərbiyəsiz səs yazıları var. Rəvan subay adamdır. Deyir ki, oğlum uşağı kiminsə yanına aparıb. Yalandır. Uşağın telefonu bağlıdır, mən bağlamışam, çünki oyun oynayırıq. Burada nə var ki? Nə deyirsə, yalandır. İndi mən özüm polisə şikayət edəcəm".

Qeyd edək ki, bu, Rəvanın ikinci evliliyi idi. Müğənni Günaydan 2017-ci ildə boşanıb. Onların bir övladı var.

Xatırladaq ki, Günay Rəvan Qarayevin 200 manat aliment ödədiyini və hər ay ödənişi gecikdirdiyini demişdi. Rəvanın qızının yanında hazırda bərabər yaşadığı xanımla qeyri-etik hərəkətlər etdiyini, qızının bu səbəbdən psixoloji problemlər yaşadığını açıqlamışdı.

Onu da qeyd edək ki, Günay bundan əvvəlki açıqlamasında ailəsinin dağılmasında qayınatasını günahlandırmışdı: "Evliliyimiz dövründə bizə valideynləri mane oldu. Rəvan sinə gərə bilmədi. Mənimlə valideynləri arasında seçim etməli oldu. Bu seçimi onun qarşısına atası Elşad Qarayev qoydu. Rəvan da valideynlərini seçməli oldu".

Aysel
BAKU.WS


VİDEO