SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyor Allahverdi Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkir. 

BAKU.WS
xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial şəbəkədə məlumat yayıb.

Aparıcının yaydığı videoda aktyor əllərinin titrədiyini göstərərk ağır parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirib. O, aktyorun müalicə üçün maddi imkanının olmadığını qeyd edərək, yardım istəyib:

"Gözəl aktyorumuz Allahverdi Yolçuyev ağır parkinson xəstəliyindən əziyyət çəkir. Heç bir fəxri adı olmayan, çox istedadlı aktyorumuza dəstək olaq". 

61 yaşlı aktyor Hacı Nuran Hüseynovun bu paylaşımının altına belə bir reaksiya verib: "Çox sağ olun, qarşınızda baş əyirəm! Xalqın sevgisi mənim şəfamdır!"

Qeyd edək ki, Parkinson xəstəliyi ləng inkişaf edən nevroloji xəstəlikdir. Neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

BAKU.WS