VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç vaxt qalmaqallarda adı hallanmayan müğənni Zenfira İbrahimovanın şəxsi həyatı ilə bağlı şayiə yaranıb.

BAKU.WS
xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) özünün "Tolik ilə səmimi" "Youtube" layihəsində sənətçiyə çox həssas sual ünvanlayıb:

"Züma, sənin ətrafında səni sevməyən insanlar az deyil. Hətta deyirlər ki, qızın Anardan deyil, başqasındandır. Guya sən Anardan qabaq başqa ərdə olmusan".

Sənətçi deyilənlərin sadacə şayiə olduğunu deyib:

"Biz Anarla 15 ildir evliyik, qızımın da 14 yaşı var. 18 yaşımda Anarla tanış olmuşuq. Gözümü açıb Anarla böyümüşəm. Anarın 21 yaşı vardı. Bir yerdə addımlamışıq. Bunu bütün köhnə dostlarımız bilir".

Qeyd edək ki, Zenfira idmançı Anar Heydərovla ailəlidir. Cütlüyün bir qız və bir oğlu var.

Aysel
BAKU.WS
VİDEO