SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Eurovision" təmsilçimiz Səbinə Babayevanın qayınanası, kinoaktrisa Fərqanə Quliyeva yeni dünyaya gələn nəvəsi haqqında danışıb.

BAKU.WS milli.az-a istinadən məlumat verir ki, aktrisa gəlni və nəvəsi haqda bunları deyib:
 
"Allahın köməkliyi ilə Səbinə də, uşaq da yaxşıdır. Bütün ailəmiz, biz nənələr başda olmaqla hamımız sevinirik. Mənim böyük oğlumun bir oğlu var. Bu isə ortancıl oğlumun ilk uşağıdır. 3-cü oğlum isə evli deyil. Allahdan rica edirəm ki, o, evlənəndə də oğlu dünyaya gəlsin. Sonra isə mənim kimi gözəl qızları... Qismətdən artıq yemək olmaz".

Qeyd edək ki, Fərqanə Quliyeva dövrünün məşhur aktrisalarından biri olub. O, bir çox filmlərdə rollar alıb. Səbinə Babayevanın bu ilin əvvəli oğlu dünyaya gəlib. Babayeva 2012-ci ildə Cavidan Şərifov adlı rejissorla ailə qurub.
 
BAKU.WS