SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Xatirə İslamın başına iş gəlib. 


BAKU.WS-in məlumatına görə, sənətçi saxtakarlıqla qarşılaşıb.  X. İslamın sözlərinə görə, bir çox arıqlama məhsulları satan şirkətlər onun fotolarından istifadə edib.

Müğənni bildirib ki, arıqlamaq üçün heç bir dərmandan və çaydan istifadə etməyib:

"Bir çox səhifələr var ki, şəklimi böyüdüb paylaşır və xanımlarımı aldadır. Hamı bilir ki, liposaksiya əməliyyatı etdirmişəm, dərman içməmişəm. Ola bilər səhifəmdə hansısa məhsulu reklam edim, amma istifadə etmirəm. Məhsulu satmaq üçün şəklimi yerləşdirib "Xatirə İslam bu boyda idi, biz arıqlatdıq" yazanlarla bağlı tədbir görüləcək. Kompleksli deyiləm, insan kök də olar, arıqlayar da. Amma adamın şəklini o hala salıb, biz arıqlatdıq demək olmaz".

Qeyd edək ki, X. İslam bir neçə ay əvvəl plastik əməliyyat etdirərək, artıq piylərdən azad olub.

BAKU.WS