SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Flora Kərimova “Hüseynova bacıları” verilişinin qonağı olub.

BAKU.WS xəbər verir ki, proqram zamanı “Qızıl onluq” adlı yeni rubrikada müğənnilər arasında Xalq artisti Faiq Ağayevin adı çəkilib. Onun adının çəkilməsi Kərimovanı özündən çıxarıb.

“Ayıb deyil Faiq Ağayevi müğənnilərin arasına salırsınız? Bizim aramızda münasibət ola bilməz. Çünki mən sənətkaram və sənətkarı nəfəsindən tanıyıram. Faiq Ağayevdən əlimi götürdüm, “Xalq artisti” adından başqa heç nə qalmadı. O, müğənni deyil. Bunu hər zaman deyəcəm. Aparsın məni məhkəməyə versin. İki dəfə verib, üçüncü dəfə də versin” - deyə, Kərimova bildirib.

Qeyd edək ki, məşhurlar arasında küsülülük illər öncə baş verib. Faiq Ağayev müsahibəsi zamanı Floranın onunla küsməsinə İlhamə Quliyeva ilə olan münasibətini səbəb gətirmişdi.

BAKU.WS