SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Samir Cavadzadənin "Sev məni" adlı mahnısına çəkdirdiyi klipin təqdimatı baş tutub.


BAKU.WS xəbər verir ki, sözləri Cəlal Qurbanova, musiqisi Erkinə aid olan mahnının ekran işində müğənni Dilarə Kazımova Cavadzadənin sevgilisini canlandırıb.

Afaq Gəncəlinin aparıcılığı ilə keçən gecədə Samir yeni işindən məmnunluq duyduğunu bildirərək gələn qonaqlara öz təşəkkürünü bildirib.



"Fire Land Production"un ərsəyə gətirdiyi layihədə rejissor Eko Ağalarov, stilist Elnur Hüseynov, prodüser Samirə Xasməmmədova, PR menecer Türkan Məmmədli və digərləri çalışıb. 

Gecədə Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Mehriban Zəki, Murad Dadaşov, müğənnilər Rəsul Əfəndiyev, Günay İbrahimli, Sevda Yahyayeva, Elnur Hüseynov, Elnur Məmmədov, Elçin Cəfərov, Eldar Qasımov, Sevil və Sevinc Səfərovalar, rejissor Ranar Musayev, aparıcılar Afaq Gəncəli, Hacı Nuran Hüseynov, Samir Bayramlı, Nurlana Cəfərova, Kazım Sübhan və media nümayəndələri iştirak ediblər. 

BAKU.WS