Xalq artisti Aygün Kazımova və Samir Bağırov ATV kanalında yayımlanan "10-dan sonra2 verilişində qonaq olublar. 
 
BAKU.WS məlumat verir ki, müğənnilər verilişə fərqli obrazda qatılıblar. Aygün Kazımova milli geyimdə olub. Samir Bağırov isə xan obrazını canlandırıb. Aygün Kazımova Samir Bağırovla 30 ildən artıqdır dost olduqlarını bildiriblər. Onlar verilişdə birgə duet də oxuyublar. 
 
Samir Bağırovanın xan obrazında olması sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, insanlar müğənninin bu obrazda olmasını birmənalı qarşılamayıblar.

BAKU.WS