SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış müğənni Dilarə Kazımova yeni layihəsini təqdim edib.

BAKU.WS xəbər verir ki, ifaçı "Azərbaycan" adlı mahnını ekranlaşdırıb.

Yanvar ayından hazırlıqları görülən layihənin çəkilişləri iyul ayında baş tutub.

Klipdə Azərbaycanın zəngin mədəni irsi müasirliklə vəhdəd təşkil edir və hərəkətli kadrlar eyni zamanda musiqi ilə birgə təqdim olunur.

Tədbirdə Dilarə geyimi və rəqsi ilə qonaqları heyran edib. Kazımova gecəyə iki tərəfdən uzun yarığı olan qırmızı libasda gəlib.



Layihə haqda danışan sənətçi bunları deyib:

“Belə bir möhtəşəm layihəni ərsəyə gətirdiyim üçün qürur duyuram. Aylardır üzərində çalışdığımız işin bəhrəsini görmək hər birimiz üçün xoşdur. Çəkilişlərimiz İçərişəhərdə, Qobustanda baş tutub. Klipdə daha çox rəqslərə üstünlük vermişik. Əminəm ki, layihəm maraqla qarşılanacaq".

Təqdimatda şou-biznes nümayəndələri də iştirak edib. Onlar arasında müğənnilər Elnarə Xəlilova, Roza Zərgərli, Samir Cavadzadə, Lətifə Soyuöz, rəqqasələr Fatimə Fətəliyeva, Rəna Ağamuradova, aparıcı Hacı Nuran Hüseynov və başqaları olub.

Hüseyn Məmmədsalahov
BAKU.WS
Fotolar müəllifindir