SİZİN REKLAM BURADA!
055 213 76 73



“Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova yeniliklərindən danışıb.

BAKU.WS-in axşam.az-a istinadla məlumatına görə, müğənni bu il yeni kliplər və fotosessiyalar etdirəcəyini, bununla gündəmə gələcəyini söyləyib.

D.Kazımova formada qalma sirrini də bölüşüb. O bildirib ki, hər gün idmanla məşğul olur.

Dilarə hətta özü ilə bağlı yeni video hazırlayıb. Videoda onun səhər yuxudan oyanandan axşama qədər olan günlük həyat tərzi nümayiş edilib.

Dilarə bildirib bu görüntülər onun yeni layihəsi ilə əlaqədardır. Kazımova bildirib ki, yaxın günlərdə hər kəsi bu layihə ilə təəccübləndirəcək.

BAKU.WS