SİZİN REKLAM BURADA!
055 213 76 73



Avroviziya təmsilçimiz, müğənni Dilarə Kazımova və bəstəkar Etibar Əsədli Xocalı faciəsinin 26-cı il dönümü ilə əlaqədər yeni layihələrini təqdim etdilər. 26 il öncə xalqımıza qarşı törədilmiş Xocalı Soyqırımı ölkə siyasəti və gənclərinin təşəbbüsü ilə hər il dünya ölkələrində yad edilir.

BAKU.WS məlumatına görə, Dilarənin ifa etdiyi mahnı Xocalı soyqırımına həsr olunan “613” layihəsinə məxsusdur. Layihə erməni təcavüzkarlarının bir gecədə amansızcasına qətlə yetirdiyi 613 həmyerlimizin xatirəsinə ithaf olunub.

Nəzərinizə çatdıraq ki, layihənin rəhbəri və musiqinin bəstəkarı Etibar Əsədlidir. Sözləri mərhum şair Zəlimxan Yaquba aid olan mahnını ilk dəfə 2017-ci ildə bəstəkarın atası Sahib Əsədli səsləndirib. Bu il isə sözügedən mahnıya müğənni Dilarə Kazımova klip çəkdirərək mediaya təqdim edib.

Dilarə Kazımova ilə Etibar Əsədlinin birgə ərsəyə gətirdiyi “613” layihəsini sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS