SİZİN REKLAM BURADA!
055 213 76 73



“Bu mümkün olan şey deyil ki, məni, səni parodiya etsin, sənə də ləzzət etsin. O yalandır. 2 variant var. Ya gərək durub çıxıb gedəsən, ya da çıxıb səhnəyə deyəsən ki, utanmırsan, məni niyə parodiya edirsən?".


BAKU.WS-in məlumatına görə, bu sözləri ARB TV-nin “Səhər-Səhər” proqramına müsahibə verən əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni parodiya edilməsini xoşlamadığını bildirib:"Sənin özünü parodiya edən lazımdır. Mənlə Firüzə xanımı parodiya edəndə məndən dublyonkamı, üzüyümü, saatımı istəmişdilər. Mən də dedim ki, verə bilmərəm. Aktyordu o, səhnədə tərləyəcək. Sonra da kimyəvi təmizləmədə tükləri töküləcək. 

Özümü onlardan yaxşı tanıyıram. Bilirəm ki, nə etsələr də gülməli alınmayacaq. Nə var budur. Bunun nəyini parodiya edirsən?”.

Qeyd edək ki, C.Məmmədovla Firuzə İbadovanı "Bu şəhərdə" komandası parodiya edib.

BAKU.WS