SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün "Hər şey daxil" verilişinin çəkilişi zamanı proqramın aparıcısı prodüser Tarix Əliyevlə müğənni Təranə Qumral arasında mübahisə düşüb.

BAKU.WS
  axşam.az-a istinadən xəbər verir ki, dava müğənni Nazəninin üstündə olub.


Belə ki, Təranə mahnı oxuduğu ərəfədə telekanala gələn Nazənin onun olduğu yerə girmək istəməyib. Nazənin başqa bir yerdə Təranənin studiyadan getməyini gözləyib.


Tolik də çıxışı başa çatan T.Qumrala artıq gedə biləcəyini deyib. Amma Nazəninin gələcəyini eşidən ifaçı studiyanı tərk etməyib, hətta orada qalmaqal da yaradıb. Mühafizəçilərin köməkliyi ilə Təranə telekanaldan uzaqlaşdırılıb.


Qeyd edək ki, Qumral bu gün İnstaqram səhifəsində yazdığı statusla Nazəninə söz ataraq "Efirə qorxudan mənimlə çıxa, olduğum yerə gələ bilməyən, hətta yanımda sönük qala biləcəyini hiss edən zavallıcıq sadəcə, sənə yazığım gəlir və gülürəm. Sən bunu göz görə-görə özün hərəkətlərinlə etiraf edirsən. Ətrafına yığdığın adamları da ya pulla, ya da hədiyyələrinlə saxlamısan. Çünki sən heç kimə lazım olmadığını bilirsən. İnanıram ki, məktub düz ünvana gedəcək" deyib.


Xatırladaq ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.


Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.


Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib.


BAKU.WS