Xalq artisti Faiq Ağayev dəbdən düşməyən hiti "Gəl, gözəlim" mahnısına yenidən nəfəs verib.

BAKU.WS
  xəbər verir ki, müğənni sözügedən mahnını remix versiyada təqdim edib.


Dünəndən eksklüziv olaraq Xəzər FM və 100.5 FM-də, həmçinin, F.A-nın rəsmi YouTube kanalında yayımlanan yeni versiya dinləyicilər tərəfindən bəyənilib.


Xatırladaq ki, "Gəl, gözəlim" hitinin musiqisi Ceyhun Səfərov, sözləri Ceyhun Səfərov və Xanim İsmayilqızına məxsusdur. Mahnının yeni versiyasını Nadir NağdPul aranjiman edib. Mix & mastering Givi Usenashviliyə məxsusdur. YouTube-dəki poster və videonun müəllifi NisuLik Cəfarovadır.


Sözügedən remixin teaser-ini xalq artistinin rəsmi YouTube kanalından dinləyə bilərsiz:


BAKU.WS







TƏCİLİ KREDİT SİFARİŞLƏRİ