54 yaşlı Cennifer Lopez bu dəfə belə görüntüləndi - FOTO

13
mar
2024
14:24
Aktrisa və müğənni Cennifer Lopez Los-Ancelesdə görüntülənib.
BAKU.WS-in xəbərinə görə, bu barədə fotolar "Daily Mail" saytında dərc olunub.
54 yaşlı Cennifer Lopez rəqs studiyasına gedərkən kameralara tuş gəlib.
Müğənni tünd qəhvəyi kostyum, bej rəngli uzun palto, ağ idman ayaqqabısı geyinib və gün eynəyi taxıb.
Məşhur sima ictimaiyyət qarşısına tünd rəngli "Hermes" çantası ilə çıxıb.
Nəşrin məlumatına görə, çantanın qiyməti təxminən 30 min dollardır. Lopez saçlarını topuz formasında yığıb və makiyajsız olub.


Oxşar xəbərlər
Cennifer Lopezin timsah dərisindən hazırlanmış 150 minlik çantası - FOTO
Dünya şöhrətli ulduz Cennifer Lopez 150 min dollarlıq çanta ilə ictimaiyyət qarşısına çıxıb. BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb. Be...
