SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Naibə Allahverdiyeva ATV-nin "qara siyahı"sından çıxıb.

BAKU.WS-ə özəl açıqlama verən aktrisa bildirib ki, tezliklə ATV-də yayımlanacaq layihədə o da yer alıb:

"Sənət dostlarımla bərabər yeni "Məhəlləmiz" adlı tamaşa formatında layihədə mən də iştirak edirəm. Layihə tezliklə ATV-də yayımlanacaq".

Sənətkar uzun müddətdir ATV-də görünməməyinin səbəbini açıqlayıb:

"Yəqin ki, "qara siyahı"da olmuşam. Sağ olsun yeni rəhbərlik, bu qadağanı aradan qaldırdı. Onlara təşəkkürümü bildirirəm".

Xatırladaq ki, aktrisa Naibə Allahverdiyeva 2015-ci ildə ATV-də yayımlanan "Qardaşlar" serialında Natella obrazını canlandırırdı. O, serialı yarımçıq tərk etmişdi.

Hüseyn Məmmədsalahov
BAKU.WS