SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Nazpəri Dostəliyeva ilə aparıcı Zaur Kamal barışıb.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, onlar "Hər şey daxil" verilişində bir araya gəliblər. Dostəliyeva Zaurla barışdığını bu sözlərlə ifadə edib:

"Bir ərkəsöyün Zaurumuz var. Uman yerdən küsərlər. Zaurdu da, hərdən istəyir nəsə etsin, o zaman da aranı qatanlar olur və belə küsülülük alınır. Barışmışıq".

Qeyd edək ki, müğənni ilə aparıcının küsməsinə səbəb Zaurun "5/5" verilişi olub. Belə ki, Dostəliyeva Zaura zəng edərək, onu xalq artisti Samir Cəfərovla efirə çağırmasını istəyib. Zaur isə bunu unudub. Daha sonra Könül Kərimova proqramda qonaq olarkən, Nazpəri verilişə telefonla bağlanıb. Zaurun səsini eşidən müğənni onunla danışmaq istəməyib və telefonu söndürüb.

BAKU.WS