Məşhur reper Timati öz konsertlərində Azərbaycan və erməni azarkeşlərini aldadıb.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir videoda Timatinin Bakıda və Yerevanda səhnədə çıxış edərək tamaşaçılara jesti əks olunub. Reper hər iki şəhərdə konsert zamanı eyni musiqini "Məxsusi olaraq sizin üçün səslənir" deyərək təqdim edib. Timati bununla həm Bakı, həm də İrəvan sakinlərini aldadıb. Reperin iki şəhərdə də ifa etdiyi remiksi bir-birindən heç nəylə fərqlənmir. Bununla yanaşı, reperin səhnədəki hərəkətləri də tamamilə eynidir.

Baxmayaraq ki, hər iki konsertdə reperin jesti fanatları tərəfindən böyük alqışla qarşılanıb. Ancaq sonradan yayılan videoya baxan insanlar reperi bu hərəkətinə görə tənqid ediblər. Azərbaycan və Ermənistan arasında hərbi vəziyyətə görə, reperin bu addımı son dərəcə neqativ hal kimi qəbul edilib. Azərbaycanlı fanatlar reperi kəskin tənqid ediblər.

F.M
BAKU.WS