SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktrisa Fidan Axundova yeni seriala çəkilir.

BAKU.WS xəbər verir ki, aktrisa 4 ildir rol aldığı "Bacanaqlar" serialından ayrılıb.

Yeni "Könül yarası" adlı seriala dəvət alan F. Axundova saytımıza eksklüziv açıqlama verib:

"4 ildir rol aldığım "Bacanaqlar" serialından ayrılıdım. Dram üçün darıxmışdım. Yeni "Könül yarası" serialında baş rollardan birini canlandırıram. Tərəf müqabilim gənc aktyor İbrahim Çingizdir. Əsəri, obrazımı çox bəyəndim və çəkilməyə razılıq verdim.

Serialımız imkansız bir sevgi hekayəsindən bəhs edir, hansını ki, azərbaycan mentaliteti qəbul etmir. Obrazımın 40 yaşı var, birinci ailəsi dağıılıb. İndi isə özündən yaşça kiçik subay oğlanı sevir".

Qeyd edək ki, serial yeni mövsümdə ARB telekanalında yayımlanacaq.

Hüseyn Məmmədsalahov
BAKU.WS