SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Həmidə Ömərova oğlu Rəhimi evləndirə bilmir.

BAKU.WS xəbər verir ki, aktrisa və oğlu “Xəzər maqazin”in kamerasına bir-birlərindən gileyləniblər.

Gözəl aktrisa nənə olmaq arzusunu dilə gətirib: "Mən də nənə olmaq istəyirəm. Deyirəm ki, oğlum, nə qədər canım suludur, qoy nəvələrimə qulluq edim. Həm də sənə həyan olum".

Rəhim isə mövzunu bəhanə bilib, anasından şikayətləndi: "18 yaşımdan hər il "evlən" deyir. Başımı götürüb ölkədən qaçmaq istəyirəm".

O, evlənmək istəmədiyini belə əsaslandırdı: "Deyirlər ki, tələsən təndirə düşər. Mən də tələsmək istəmirəm".

Səmimi aktrisaya tezliklə nənə olmağı arzu edirik.

Zülfiyyə Qurbanova
BAKU.WS