SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə qədər Azərbaycanda da sevilən məşhur müğənni Yıldız Tilbe Bakının qonağı olacaq.

BAKU.WS xəbər verir ki, ilk dəfə Azərbaycana səfər edəcək ifaçı oktyabrın 13-ü Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Tilbe gecədə repertuarının sevilən mahnılarını səsləndirəcək.

Konsert biletləri tezliklə satışa çıxarılacaq.

Qeyd edək ki, Yıldız Tilbe son aylar məşhur müğənnilərlə ərsəyə gəytirdiyi “Yıldızlı şarkılar” albomu ilə gündəmdədir.

Zülfiyyə Qurbanova
BAKU.WS