SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanda doğulmuş rusiyalı müğənni Zara Mqoyan ictimaiyyətin qəzəbinə baxmayaraq "Jara 2018" Beynəlxalq Musiqi Festivalının səhnəsində çıxış etdi.

BAKU.WS xəbər verir ki, o, çıxışından öncə musiqi bayramında iştirakından şad olduğunu deyib və bütün qonaqlara sülh arzulayıb:

"Mən ilk dəfədir Bakıdayam və o, çox gözəldir. Ən populyar, ən məşhur və ən yüksək şəkildə təşkil edilmiş festivalda iştirak etmək mənə çox xoşdur. "Jara" festivalı xalqları, nəsilləri birləşdirir. Bakı bu günlərdə mədəniyyətin mərkəzidir". 
Müğənni səhnədə iki mahnı ifa edib.

BAKU.WS