SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Elnarə Xəlilova yeni “Sevgi fəsli” mahnısını və ona çəkilən klipini təqdim edib.

BAKU.WS
xəbər verir ki, musiqi parçasının sözləri Orxan Dəmirbəyli, musiqisi bəstəkar Xədicə Kərimli, aranjemanı Rəşad Bağırova məxsusdur.

“Sevgi fəsli”ni rejissor Porte Faust ekranlaşdırıb. Layihənin prodüseri ProMetedir. Klipin ideyası insanın hər kəsdən gizlətdiyi, çoxlarının bilmədiyi, sirli qalan tərəfləri, daxili dünyası üzərində qurulub.

Hazırda Elnarə ProMetenin sözlərinə oxuduğu növbəti mahnının klip çəkilişlərinə hazırlaşır.

Onu da əlavə edək ki, xanım müğənni yeni albomu üzərində də çalışır. Artıq mahnı seçimlərinə start verilib. Qeyd edək ki, “Sevgi fəsli” alboma daxil olmayacaq.

“Sevgi fəsli” mahnısını bu linkdən dinləyə və klipə baxa bilərsiniz:

 

BAKU.WS