"Victoria's Secret”in mələyi, tanınmış model Adriana Limanın Nyu Yorkda "Madam Tüsso" muzeyində mum heykəli qoyulub.
BAKU.WS məlumat verir ki, bal mumundan olan heykəlini görən model təəcüblənib: "İlk dəfə özümü tam olaraq kənardan görürəm. İnanılmaz bir təcrübədir".
Cazibədar model heykəlin heç bir detalının əksik olmadığı üçün də ayrıca xoşbəxt olduğunu bildirib: "Detalların bu qədər həqiqi olması həqiqətən inanılmazdır. Çox xoşbəxtəm".
Qeyd edək ki, Adriana Limanın heykəli 2013-ci ildə "Viktoriya Sekret"in bir moda nümayişində geydiyi paltarına uyğun olaraq düzəldilib.
BAKU.WS