SİZİN REKLAM BURADA!
055 213 76 73



Dörd uşaq anası olan müğənni Roza Zərgərlinin ailəsində artım gözlənilir.  

BAKU.WS-in məlumatına görə, müğənni övladlığa uşaq götürməyi planlaşdırıb.

Zərgərli bu barədə Nail Naiboğlunun "Stop" layihəsində danışıb: "Mənim bu həyatda missiyam var, anası-atası olmayan uşaqlara ana sevgisi vermək. Oğlum gələn ay əskər gedir. O, getdikdən sonra daha iki uşaq övladlığa götürməyi düşünürəm. Biri qız olacaq, biri oğlan. Uşaqları sevirəm. Allah o neməti mənə bir dəfə qismət edib. Sonra o nemətdən dada bilməmişəm".

Xatırladaq ki, hazırda Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyevadır. Müğənninin əkiz övladı olub. Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib.

Övladlığa götürdüyü böyük qızı Natəvan 26 yaşındadır. Onun 6 yaşında övladı var. Corc və Jerar Qafarovlar qardaşdırlar.

Zülfiyyə Qurbanova
BAKU.WS





BAKU.WS