SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Plastik əməliyyat narkotik kimi bir şeydir. Adam adət etdisə, əl çəkmir".
 
BAKU.WS məlumat verir ki, bunu ATV kanalında yayımlanan "10lar" verlişinə açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib. Müğənni keçmiş görkəmini bəyənmədiyini etiraf edib:

"Köhnə şəkillərimə baxıram, deyirəm, "vay, nə gündə olmuşam". Öz-özümə deyirəm, nə gündə olmusan ay qız. Mən bunu deməkdən çəkinmirəm, nə var ki, burda. Olanı deyirəm. Üç-dörd il əvvəlki şəkillərimdə burnuma baxıram, görürəm uzun olub, kəsdirib düzəltdirmişəm. Niyə bunu danmalıyam ki?"
 
Müğənni plastik əməliyyat etdirən şou-biznes əhlindən danışıb:
 
"Bəzi müğənnilər gedib özlərini kəsdirirlər, plastik əməliyyat etdirirlər, gəlib deyirlər ki, "Anadangəlmə beləyik". Bəsdirin də, ayıbdır. Ümumiyyətlə bizim şou-biznesdə bütün burunlar bir-birinə oxşayır. Amma bəyəndiyim burun əməliyyatları da var. Düzdü əvvəllər bəyənmirdim Röyanın burnunu, amma yeni etdirdiyi əməliyyat çox uğurlu alınıb. Çox bəyənirəm. Aygün Kazımovanın da əməliyyatı uğurlu alınıb, onun da burnu xoşuma gəlir. Xatirə İslam da burun əməliyyatı etdirib, onda da yaxşı alınıb".
 
BAKU.WS