60 yaşlı xalq artisti Alim Qasımov çöpçüyə getmək məcburiyyətində qalıb.

BAKU.WS
xəbəbr verir ki, xanəndə Muz TV-nin "DostuMUZ" layihəsində toyların birində başına gələn hadisəni danışıb:

"Son toyların birində mənim üçün xüsusi balıq yeməyi hazırlamışdılar. Bütün toyu heç nə yeməmişdim, düşünürdüm ki, səsimə mane olar. Toy bitdi, elə birinci tikəni ağzıma qoymuşdum ki, xəncər kimi bir şey boğazıma batdı. Bütün toyu heç nə yeməmişdim, indi də belə. Allah bərəkət versin deyib, ayağa qalxdım. Tər-suyun içində maşəna mindim, uşaqlarımı apardığım çöpçünün evinə gəldim.Gecə saat 3-4 radələridir, qapını döydüm. Yol boyu xeyli çörək yedim, sümük keçmədi. Çöpçü arvad əlinə çörək götürüb, üflədi, sümük o dəqiqə keçdi"- deyə nəql edən sənətkar, o gündən bəri balıq yeməyə qorxduğunu etiraf edib.

Zülfiyyə Qurbanova
BAKU.WS




TƏCİLİ KREDİT SİFARİŞLƏRİ