SİZİN REKLAM BURADA!
055 213 76 73



"Papito" xiti ilə dünyanı fəth edən müğənni Seeya Bakıda keçirilən çox saylı konsert və tədbirlərdə arzulanan qonaqdır, məhz bu səfərlərin sayəsində Bakını sevərək burada yeni mahnısının klipini çəkdirmək qərarı verib.

Klipin çəklişi Ukraynanın "DjafarovCreative" şirkəti tərəfindən həyata keçirilib.

Şirkətin Baş prodüsseri İdris Cəfərovun sözlərinə görə, Ramin Cəfərovun Bədii Rəhbərliyi ilə bütün heyət layihə keçirilməsində iştirak edib. Eyni zamanda Fuad Nağıyevin rəhbərlik etdiyi AR Turizm Bürosu çəklişin təşkilində böyük dəstək olub.

Onu da qeyd edək ki, may ayının 28-də ADR-in 100 illiyi günündə "Qəbələ" stadionunda Seeya-nın möhtəşəm konserti keçiriləcək.

BAKU.WS