SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskvada “Xosa” klubunun futbolçuları saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, klubun 8 futbolçusu Cənub-Qərb İnzibati Dairəsinin komandası ilə həvəskarlar arasında oyundan sonra davaya görə saxlanılıb.

Saxlanılanların hamısının Tacikistan vətəndaşları olduğu qeyd edilir. Onlar barəsində “Xırda xuliqanlıq” maddəsi ilə inzibati protokollar tərtib edilib, polis yoxlama materiallarını İstintaq Komitəsinə verib. Həmçinin miqrasiya qeydiyyatı şərtlərini pozduqlarına görə iki nəfərə qarşı protokol tərtib edilib - onların deportasiya oluna biləcəyi istisna edilmir.

Xatırladaq ki, münaqişə aprelin 28-də Varşava şosesindəki stadionda keçirilən və “Cənub-Qərb İnzibati Dairəsi”nin 12:0 hesablı qələbəsi ilə başa çatan həvəskar futbol liqasının oyunundan sonra baş verib. “Xosa” klubunun yarımmüdafiəçisi Surac Səfərbəyov söhbət bəhanəsi ilə Cənub-Qərb İnzibati Dairəsinin futbolçusu Aleksey Spasenovu kənara çəkib və gözlənilmədən onun sifət nahiyəsinə zərbə endirib. Bundan sonra digər "Xosa" futbolçularının da iştirak etdiyi dava başlayıb.

BAKU.WS