SİZİN REKLAM BURADA!
055 213 76 73


Moldovada törədilən terror aktının bəzi təfərrüatları məlum olub.

Bu barədə "Report"un Şərqi Avropa bürosuna Moldovanın təhlükəsizlik xidmətinin keçmiş zabiti, hərbi ekspert Adrian Keptonar bildirib.

"43 yaşlı Tacikistan vətəndaşı Rüstəm Aşurova Moldova ərazisinə daxil olmaq qadağan edilmişdi, çünki o, təhlükəsizlik yoxlanışından keçə bilməmişdi. Həmin şəxsin geri qaytarılmasına hazırlıq işləri zaman Tacikistan vətəndaşı sərhədçiyə hücum edib, onun tabel silahını oğurlayıb", - Adrian Keptonar deyib.

A.Keptonar qeyd edib ki, R.Aşurov daha sonra sərhədçini və təhlükəsizlik xidmətinin əməkdaşını öldürüb. Bundan başqa, bir sərnişin də yaralanıb. Hazırda o, müalicə edilir.

Qeyd edək ki, Tacikistan vətəndaşının iyunun 23-də 3 cinayət ortağı ilə birlikdə həmyerlisi olan bankirin oğurlanmasında və qətlində iştirakı ehtimal olunur. Bundan sonra o, Özbəkistan sərhədini qeyri-qanuni keçib və təyyarə ilə Türkiyənin İstanbul şəhərinə, daha sonra Kişineuya uçub. Tacikistan polisləri moldovalı həmkarlarlarına məlumat verib ki, Tacikistan iyunun 30-da həmin şəxsin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsi barədə müraciət edib. “İnterpol” bunu məlumat bazasına yerləşdirmədiyinə görə Özbəkistan, Türkiyə və Moldovanın həmin şəxs barəsində məlumatı yox idi.

Özbəkistan həmin şəxsin kimliyini təsdiqləyib. Rüstəm Aşurovun mümkün cinayətləri ilə bağlı hələ məlumat yoxdur. Onun “Vaqner” xüsusi hərbi şirkəti daxil olmaqla, hər hansı bir qrupun üzvü olması məlumatını təsdiqləyəcək dəlil mövcud deyil.

Həmin şəxs daha əvvəl Moldova ərazisinə daxil olmayıb və ya Moldovaya keçməyə cəhd göstərməyib. Tacikistanda onun Rusiya vətəndaşı olmasını təsdiqləyəcək məlumat yoxdur" - o, əlavə edib.

BAKU.WS