VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  
Dünya şöhrətli müğənni Seeya və Beynəlxalq layihələrdə EFENDİ adı ilə təqdim olunan azərbaycanlı müğənni Samirə Əfəndiyevanın birgə layihəsi hazırlanıb.
 
Artıq bir neçə gündür ki Avropa təqdimatından öncə, Azərbaycanda Xəzər FM Radiosunda təqdimatı oldu. Radio vasitəsi ilə hər saat bu yeni DUET səslənir. Bununla bərabər layihə çərçivəsində EFENDİ May ayının əvvəlindən son tarixlərə kimi Buxarestə səfər edərək, "Toca Toca ToCaMe" adlı musiqili layihəyəsi üçün klipə çəkilib və səhnə arxası görüntülü şəkildə lentə alınıb.
 
Layihənin baş prodüsseri Ukraynada yaşayan İdris Cəfərovdur. Azərbaycan tərəfdən layihə çərçivəsində videoqraf kimi Ramin Cəfərov və EFENDİnin geyim tərzi üzrə modelyer AİWA iştirak edib.
 
Rumıniyada "Tommo Production" tərəfindən mahnı və klip ərsəyə gətirilib. Bu 10-15 günlük səfər ərzində mahnının yazılışı və səs uzlaşması "Tommo Prodaction"a məxsus olan səs yazma studiasında, Buxarestdə həyata keçirilib. Daha sonra klip çəkilişi baş tutub. Layihə rəsmi olaraq iyunun 7-də klip formasında Seeyanın və "Tommo Production"un rəsmi Youtube kanalları vasitəsi ilə təqdim olunacaq.
 
Xoş seyirlər!