SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Chocolata" (Papito) mahnısı ilə məşhurlaşan müğənni SEEYA Bakıya gəlib.

BAKU.WS-in məlumatına görə, dünyaca məşhur mahnının ifaçısı Bakıda gecə klublarından birində çıxış edib. Lider Tv-nin efirində yayımlanan "Art Club" verilişinin aparıcısı Çinarə Əliyeva ilə rəqs də edən müğənni sevənləri ilə bir araya gəlib.

Qeyd edək ki, bir müddət öncə SEEYA öz Instagram hesabından Bakıya gələcəyini elan etmişdi: "Salam, Bakı. Noyabrın 26-da hamınızı "Capitol Night Club"da görüşünüzə gələcəm. Hamınızı çox sevirəm".

SEEYA-nın "Papito" mahnısı Youtube-da 12 milyon insan tərəfindən izlənilib.

Nazim Babayev
BAKU.WS