Azərbaycanda Hollywood səviyyəsində reklam çəkildi (VİDEO)

09
apr
2018
20:00
Azərbaycanda hər zaman yeniliyə imza atan MGP (MGroup Production) bu dəfə adını birincilər sırasına yazdırıb. M Group Production-ın bu dəfəki işi Hollywood səviyyəsində reklam çarxı olub. BAKU.WS-in verdiyi məlumata görə, 2 gün davam edən reklam çəkilişi şəhərin mərkəzində baş tutub. Çəkiliş zamanı mərkəzi küçələrin çoxu bağlanıb. Reklam çəkilişlərində 100-ə yaxın maşın və 70-ə yaxın insan iştirak edib. Reklam çarxında məhşur film olan “I am Legend”in senarisindən bəhrələnilib. Qeyd edək ki, MGP (M Group Production) 7 fevral 2003-cü ildə teleprodüser Murad Dadaşov tərəfindən yaradılıb və Azərbaycanın ən böyük və məhsuldar prodüser mərkəzlərindən biridir. Reklamın quruluşçu rejissoru və ssenari müəllifi Toğrul Məmmədovdur. O həm də, MGP (MGroup Production)-nın baş rejissorudur. Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
"M Group Production" 15 yaşını qeyd edir (VİDEO)
Bu gün MGP (M Group Production) — prodüser mərkəzinin 15 yaşını qeyd edir. BAKU.WS-in məlumatına görə, MGP 7 fevral 2003-cü ildə teleprodüser Murad Dadaşov tər...