SİZİN REKLAM BURADA!
055 213 76 73



Gənc pop-musiqici SABİNA BEYLİ tanınmış Rumıniya ifaçısı SEEYA ilə 2017-ci ildə birgə ifa etdiyi "No Puedo" adlı xitindən sonra bu günlərdə yeni və enerji dolu ispan dilli «MARİA-MARİA» adlı xitini təqdim etdi.

Bu mahnının sözləri və musiqisi Rumıniyanın tanınmış produsser sudiyası "TommoProduction"a məxsusdur və bu mahnı elə Rumıniyadı yazılmışdır. Musiqi klipi isə "DjafarovCreative" produsser studyası tərəfindən Bakıda hazırlanmışdır.

Öz gənc yaşına baxmayaraq (Sabina Beyli-nin yaxin zamanda 15 yaşı tamam olacaqdır), Sabina Beyli Avropa və Amerikada popularlaşmış «Ready For Tonight» və «Never Let Go» adlı ingilis dilli və SEEYA ilə duetdə ifa etdiyi ispan dilli "No Puedo" mahnıları ilə özünə diqqət cəlb etməyi bacarmışdır.

SABİNA BEYLİ yaxın zamanlarda Amerika və Avropa bazarlarında yeni xit mahnılarının yayımlanmasına hazırlaşır.

Hamını SABINA BEYLI-nin bu enerji dolu musiqi xiti «MARİA-MARİA» mahnısını izləməyə dəvət edirik. Bu mahnını "SabinaBeyliVEVO" YouTube kanalında və həmçinin tanınmış musiqi platformalarda - itunes, applemusic, spotify, amazonmusic, pandora, deezer və sair izləmək mümkündür.

BAKU.WS