SİZİN REKLAM BURADA!
055 213 76 73



Ukraynada fəaliyyət göstərən "DjafarovCreative" prodakşının daha iki layihəsi işıq üzü görüb. 

Fulinin "Gölgemde dur" mahnısına çəkilmiş klip "Dogan Media Group"a daxil olan "Netd" youtube kanalında yayımlanıb. 8 milyonluq izləyicisi olan kanalda yerləşdirilən klip qısa zamanda yarım milyondan çox izlənib və musiqi sevənlərin böyük marağına səbəb olub. 



Əslən azərbaycanlı olan müğənni Sultanın "Lyubi menya" klipi isə Rusiyanın məşhur youtube kanalı olan "Starpro"da yayımlanıb. Prodakşın layihələri həm Kiyevdə, həm də Bakıda həyata keçirir. Yay aylarından fəaliyyətə başlayan prodakşın qısa zamanda 7 klip çəkilişini ərsəyə gətirib.



Gələn ilin əvvəlində isə dünya şöhrətli müğənni SEEYAnın Bakıda çəkilən klipinin təqdimatı olacaq. Artıq layihə hazırdı və bu klipin dünya üzrə təqdimatını gözləyirik. Bununla yanaşı, bir neçə Ukrayna müğənnisinin də Bakıda klip çəkilişini planlaşdırırıq. "DjafarovCreative" prodakşın bu işləri sifarişçi üçün həm də Bakıda ərsəyə gətirə bilər. Geniş kollektivdən ibarət olan prodakşın böyük layihələri yüksək peşəkarlıqla həyata keçirməkdədir.

"DjafarovCreative" təkcə klip çəkilişləri deyil, mahnının hazırlanması, xarici ölkədən Azərbaycana artistlərin gətirilməsi, reklam çəkilişləri üzrə sifarişləri qəbul edir. Son 6 ayda şirkət kifayət qədər aktiv fəaliyyətdə olub və həyata keçirdikləri layihələr qısa zamanda milyonlarla baxış gətirib.

Şirkət gələn il Bakıda bir çox məşhur müğənninin klip çəkilişini həyata keçirməyi planlaşdırır. Bu isə həm də bir növ Bakının piarı üçün də çox müsbət haldır. "DjafarovCreative" gələn il film layihəsini də həyata keçirəcək. Film rus dilində çəkiləcək və eyni anda həm Ukrayna, həm də Azərbaycanda kinoteatrlarda yayımlanacaq.

Bunanla yanaşı, müğənnilər üçün prodüsser layihələri də həyata keçirilir. Müğənnilər mahnının hazırlanması, klip çəkilişi və klipin Türkiyə, Rusiya, Ukrayna telekanallarında yayımlanması imkanından yararlana bilər. "DjafarovCreative" prodakşının baş prodüsseri İdris Cəfərov, bədii rəhbər isə Ramil Cəfərovdur.


"DjafarovCreative" prodakşının layihələri ilə tanış olmaq və əməkdaşlıq etmək istəyən tərəfdaşlar üçün

Əlaqə: 
İnstagram: djafarovcreative_official
Facebook: DjafarovCreative
WEB: www.djafarovcreative.com