SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV maqazin 10larla verlişində yayımlanan "HİT PARAD" rubrikasının bu həftəki ulduz qonağı Azərbaycana Avroviziya sevinci bəxş edən məşhur müğənni Nigar Camal olub. 

BAKU.WS xəbər verir ki, Nigar həmkarlarını TOP-10luqda pillə-pillə sıralayıb, onlara atmacalar atıb qatdı qabağına. Açıqlamaları ilə Nigar bu dəfə də şou aləminə səs saldı.

Camal Kərim Abbasovun fotosunu əlinə almışdı ki, yumdu gözünü, açdı ağzını. O Kərimin ifa etdiyi mahnısına ağız büzüb, bəyənmədiyini dilə gətirdi. 

Sənətçinin bəyənmədiyi təkcə Kərim olmadı. Nigar Dilarə Kazımova ilə Murad Arifin ərsəyə gətirdiyi duetə - "ALINMADI" deyərək, yerdən yerə vurdu. Onların dueti mənə soyuq gəldi - deyərək onları 7-ci yerə laiq gördü.

Küsülü olan həmkarı Nura Surinin şəklini əlinə alan sənətçi kin və qəzəbini bu sözlərlə ifadə etdi:

"Mahnısını dinləməmişəm. Belə başa düşdüm ki yeni mahnıdır. Mahnını bəyəndim".

Nura Suri ilə Samir Cavadzadənin dosluğunun arasına girən Nigar nədənsə Suri haqqında bir kəlmə belə olsun danışmaqdan boyun qaçırtdı. 

Daha sonra Nigar Camal əməkdar artist Tünzalə Ağayevanın fotosunu götürər götürməz müxbirin, "Aralarınızda soyuq küləklər əsir məclislərin birində heç görüşmədiniz" sualına isə sənətçi belə cavab verdi.

"100  faiz görməmişəm. Bilə-bilə salam verməmək bu böyük hörmətsizlikdir. Məndə belə şey yoxdur. Həmdə Tünzalənin mənə qarşı olan münasibəti çox gözəldir. Hər zaman məni dəstəkləyir. Ağayeva öz üzərində işləyən xanımdır. Çox pozitiv bir insandır. Ondan neqativ bir şey görməmişəm"- bildirərək əməkdar artisti 2-ci pilləyə yüksəltdi. 

Nəzərinizə çatdıraq ki, Tünzalə Ağayeva "HİT PARAD"da qonaq olarkən Nigar Camalı TOP-10luqdan pambıqla baş kəsərək, onu uzaqlaşdırmışdı.

Nigar Camal dostu və həmkarı Samir Cavadzadə haqqında xoş sözlər danışıb onu "HİT PARAD"ın qalibi elan etdi.

Sənətçi müğənni Samir Piriyevin şəklini əlinə alar-almaz nə tanıdı nədəki ifasını bəyəndi. Hələ üstəlik onu "HİT PARAD"dan uzarlaşdırdı.

ATV maqazin 10larla verlişində yayımlanan "HİT PARAD" rubrikasında qonaq olan Nigar Camalın söz-söhbətə səbəb olan açıqlamalarını sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS