055 213 76 73
Sevgilisi Castin Biberdən ayrıldığı iddia olunan dünya şöhrətli müğənni Selena Qomez Avstraliyanın Sidney şəhərində istirahət edir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Selena dostları ilə birlikdə yaxta səyahətinə çıxıb.
Paparazzilərin diqqətindən qaçmayan sənətçinin həmcinsi ilə verdiyi səmimi pozlar sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Rəfiqəsinin üstünə uzanıb, onunla bərk-bərk qucaqlaşan Selenanın bu görüntüləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Narıncı və qara bikini geyinən Qomezin ötən il böyrək əməliyyatından sonra bədənində qalan izi də gözlərdən yayınmayıb.
Rəşad Əliyev
BAKU.WS