Son zamanlar xeyli dərəcədə çəki ataraq arıqlaması ilə gündəmə gələn əməkdar artist Nahidə Orucova bu dəfə efirə geyindiyi libasları ilə diqqət çəkib.


BAKU.WS-in məlumatına görə, Nahidə dünyaca məşhur aparıcı Mila Himenesin libaslarının oxşarını geyinib.

Aktrisa Milanın bənzər libaslarında çəkdirdiyi fotolarını instagram hesabında paylaşıb. Nahidə fotolarına “Kimə daha çox yaraşır” şərhini yazıb.

Sosial şəbəkə istifadəçiləri Nahidənin özünü Milaya oxşatdığını qeyd edib. Hətta Orucova saç düzümü və rəngini də Himenesə oxşadıb.

Rəşad Əliyev
BAKU.WS