SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay üz-gözünə əl gəzdirib.


BAKU.WSxəbər verir ki, Nürgül görünüşünə əlavə gözəllik qatmaq üçün üzünə botok etdirib. Lakin aktrisanın gözləntiləri özünü doğrutmayıb.

Hətta Nurgül bu addımından pərişan duruma düşüb, peşman belə olub. Yeşilçay, bu barədə jurnalistlərə müsahibəsində söyləyib:

“Daha əvvəl belə bir şey etdirməmişdim. Bekarçılıqdan üzümə botoks vurdurdum, amma peşman oldum. Üzümə baxın. Gördüyünüz kimi heç nə qalmayıb, yoxa çıxıb”. 

Nurgül Instagram hesabında yeni görünüşünün fotosunu paylaşıb. Amma izləyicilər aktrisanın üzündə etdirdiyi dəyişiklikdən heyrətlənib onu tənqid atəşinə tutublar.

Nurgül Yeşilçay bölüşdüyü fotoları sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS